ABŞ və Çindəki milyarderlərin sayı açıqlandı

11:48 - 25 Mart 2024 - GÜNDƏM

 ABŞ və Çindəki milyarderlərin sayı açıqlandı

Baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı milyoner və milyarderlərlə bağlı yeni hesabat yayıb.

BUTA.TV xəbər verir ki, siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.

Sənədə görə ABŞ-da son 5 ildə milyonçuların sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonçuların təxminən üçdə biri ABŞ-da yaşayır.

Siyahıda ikinci yerdə gələn Çindəki milyonçuların sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.

Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyoner və milyarderlərin sayının artmasına mane olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol