Azərbaycan dilinin orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

13:44 - 25 Mart 2024 - GÜNDƏM

 Azərbaycan dilinin orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacəttəpə Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

BUTA.TV xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin türk dünyasının zərb-məsəlinə çevrilmiş “Bir millət, iki dövlət” kəlamını “Türk Dünyası Ortak İletişim Dili Uğrunda – Azerbaycan Dilinin Yazım Kılavuzu” (“Türk dünyası ortaq ünsiyyət dili uğrunda – Azərbaycan dilinin orfoqrafiya lüğəti”) adı ilə reallaşdıran kitab ortaq türk dili vəsaiti kimi Türkiyə universitetlərinin “Türk ləhcələri və ədəbiyyatları”, “Türk dili və ədəbiyyatı”, “Dilçilik”, “Tərcüməçilik”, “Pedaqoji”, “Jurnalistika” fakültələrinin tələbə və müəllim heyəti ilə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

Türkiyənin zəngin ənənəli “Erkmen” nəşriyyatında nəşr olunmuş lüğətin tərtib müəllifi – Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifi – Türkiyənin görkəmli dilçi-alimi, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş, Hacəttəpə Universitetinin Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin qurucusu və rəhbəri olmuş professor Şükrü Haluk Akalındır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol