İrəvanda polis bölməsinə hücum: 1 nəfər tutuldu...

15:32 - 25 Mart 2024 - GÜNDƏM

 İrəvanda polis bölməsinə hücum: 1 nəfər tutuldu...

Nor Norkda polis bölməsinə soxulmağa cəhd edən 3 nəfərdən biri saxlanılıb. Digərləri də xəstəxanada stasionar müalicəsini davam etdirir.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

Məlumata görə, saxlanılan barədə hələlik ittiham irəli sürülməyib.

Bildirilib ki, hüquq-mühafizə orqanları irimiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, dünən 3 nəfər İrəvanın Nor Nork rayonunda yerləşən polis bölməsinə hücum etmişdi. Hücum zamanı əl qumbarasının partlaması nəticəsində iki nəfər yaralanmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol