Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".
Müraciətdə qeyd olunub ki, bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi