Bakı və İrəvanla əlaqəmizdə məqsəd... - ABŞ

22:58 - 26 Mart 2024 - GÜNDƏM

 Bakı və İrəvanla əlaqəmizdə məqsəd... - ABŞ

ABŞ-ın Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.

BUTA.TV-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.

Qeyd edək ki, martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olub. Xarici işlər naziri Ceyhun Bayramov görüş zamanı regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə edilib. C.Bayramov Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb, Azərbaycanın sülh prosesinə sadiqliyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol