“Krokus”da terror aktı nəticəsində 84 nəfərin cəsədinin kimliyi müəyyən olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Hazırda ölənlərin 84-nün, o cümlədən yaşı 9-16 olan beş nəfərin meyitinin kimliyi müəyyənləşdirilib. Faciənin digər qurbanlarının şəxsiyyətlərini müəyyənləşdirmək üçün molekulyar-genetik müayinələr aparılır”, - məlumatda bildirilib.
İndiyədək İstintaq Komitəsinə terror aktı nəticəsində doğmalarının və ya yaxınlarının itkin düşməsi ilə bağlı zərərçəkənlərdən 143 ərizə daxil olub.
Qeyd edək ki, son rəsmi məlumata görə, 22 martda baş verən teraktda 140 nəfər ölüb, 360 nəfər yaralanıb.
- Bu xəbərlərə də göz at
- Ərdoğanı səbirsizliklə gözləyirik – ABŞ
- Prezident və xanımı Şuşada...
- Günün fotosu: Prezident traktor sükanı arxasında - Foto
- Türkiyədən gətirilən bu məhsullar bahalaşacaq - Adları açıqlandı
- Rusiya tam hazırdır, hücum edəcək - CNN
- İranda Qəzza üçün yığılan yardım gülüş doğurdu