Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karinş Rusiya səfirliyinin diplomatlarından birini persona non-qrata elan etmək qərarına gəlib. Rusiya diplomatı aprelin 10-dən Latviyanı tərk etməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Latviya XİN-in yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bu gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Oleq Zıkov bu məsələ ilə bağlı nazirliyə çağırılıb və qəbuledilməz və təxribat xarakterli ictimai bəyanatlarla bağlı ona ən qəti etiraz bildirilib.
“Rusiya səfirliyi Latviya dövlətinin dövlət qurumlarını və hakimiyyət orqanlarını nüfuzdan salmağa və Latviyada cəmiyyət arasında nifrətin qızışdırılmasına yönəlmiş düzgün olmayan ictimai bəyanatları davam etdirir”, - məlumatda vurğulanıb.
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi