Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah da olunub.
Məşğələlərdə əsas diqqət kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Xəstənin görüntüsü icazəsiz paylaşılarsa, cəzası... - Vəkil
- Azərbaycanda ən çox bazar bu bölgədədir
- Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var+Video-Yenilənib
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video
- Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
- Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? - Video