NATO-ya məxsus neft kəməri Türkiyənin Kocaeli şəhərində aparılan yol çəkilişləri nəticəsində zədələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, kəmərdən axan mazut yaxınlıqdakı Sapanca gölünə sızıb.
Bildirilib ki, aidiyyəti qurumlar qəzanın nəticələrini aradan qaldırmağa başlayıblar.
Yerli su-kanal idarəsindən verilən məlumata görə, gölün çirklənmiş hissəsi suqəbuledici məntəqələrdən uzaqda yerləşdiyi üçün vətəndaşların içməli su ilə təminatında problem olmayacaq.
Qeyd edək ki, Türkiyənin ərazisindən keçən 3 min kilometrdən çox uzunluğu olan neft kəməri Türkiyə Silahlı Qüvvələri və NATO qüvvələrinin ehtiyaclarını ödəyir.
- Bu xəbərlərə də göz at
- Sutkada nə qədər içki xərçəng yarada bilər?
- Ucarda ana və iki övladı yol qəzasında xəsarət aldı
- ABŞ və Britaniya husilərə növbəti zərbələr endirdi
- Ronaldo Səudiyyə Ərəbistanını tərk edir?
- Bakıda üç ilə tikilən otel 3 günə söküldü - Video
- Fransa Ukraynaya "Aster"ləri göndərir