Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir.
Yaşayış binalarında olan mənzillərdə 0.4 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.
“Paşinyan istefa versə, Azərbaycan hücum edəcək” - İrəvanda isterika
Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib.
- Bu xəbərlərə də göz at
- Litvada seçkilər: Nauseda liderdir
- İsraildən Hizbullaha daha bir zərbə...
- Gömrük bağlamanı aça bilərmi? - Video
- Xarkovda son vəziyyət: Ukraynalı hərbçi açıqladı
- Gimnastlarımızın Dünya Kubokunda qazandığı medal sayı...
- Misir İsrailə qarşı qaldırılan iddiaya qoşuldu