Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən keçmiş yataqxana binasında yanğın olub.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın yanar konstruksiyaları yanıb.
Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.
- Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
- Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? - Video
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı