ABŞ Prezidenti Co Bayden yaşlılığın onu daha müdrik etdiyini deyib və zarafat edib ki, 40 yaşında görünür.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evdə çıxışında deyib.
“Məncə, müşahidə etmisinizsə, heç nədən asılı olmayaraq, yaş sizi müdrikləşdirir. Bundan başqa, bilirəm ki, mən qırxdan çox da yaşlı görünmürəm”, - o bildirib.
Yaşla bağlı sualı cavablandıran ABŞ Prezidenti gələcək seçkidə əsas rəqibi respublikaçı Donald Trampı yenidən tənqid etmək fürsətini əldən verməyib və onun fikirlərini köhnəlmiş adlandırıb:
“Çox təcrübəli olduğumu bilmirəm (prezident postu üçün – red.), amma ümid edirəm ki, tənqidçilərin fikirləri çox da köhnəlməyib. Bilirsiniz, o vaxt rəqibim olan və bu dəfə də rəqibim olan bu oğlanın (Tramp-red.) ideyaları 18-19-cu əsrdən gəlir. Bura onun konstitusiyanın fəaliyyətini dayandırmaq istəyi və ümumiyyətlə, dediyi hər fikirlər daxildir”.
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...