İsrailin aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına həyata keçirdiyi hava hücumunun əks-sədaları davam edir. İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvünün ölümü ilə nəticələnən hücuma Tehranın birbaşa cavab verəcəyi düşünülür. ABŞ və İsrail İranın mümkün hücumuna fəal şəkildə hazırlaşır.
BUTA.TV xəbər verir ki, İran prezidenti İbrahim Rəisi və ölkənin dini lideri Ayətullah Xomeyni "intiqam vəd etdikdən" sonra Tehranın nə vaxt və hara hücum edəcəyi bəlli deyil. Altıncı aydır ki, Qəzza müharibəsində Livan, Suriya, İraq və Yəməndə dəstəklədiyi qruplarla İsrail və ABŞ qüvvələrinə hücum edən İranın Yaxın Şərqdəki onsuz da təlatümlü vəziyyəti İsrailə birbaşa öz ərazisindən hücumla daha sürətlə gərginləşəcəyindən ehtiyat edilir. Artıq İran Suriyadakı hərbi qüvvələrini “həyəcan” vəziyyətinə salıb.
Ordunun baş komandanı Hüseyn Səlami Dəməşq hücumunda həlak olan SEPAH üzvləri üçün Tehranda keçirilən dəfn mərasimində çıxışı zamanı deyib: “İgidlərimiz sionist rejimini cəzalandıracaq. Biz xəbərdarlıq edirik ki, düşmənlərimizin əməlləri cavabsız qalmayacaq”.
ABŞ-ın “New York Times” qəzetinə danışan iki İran rəsmisi Tehranın çəkindirmə məqsədilə “birbaşa İsrailə hücum etmək qərarına gəldiyini” bildirib.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Amerika mətbuatına açıqlama verən ABŞ rəsmiləri də İranın hücumunun "qaçılmaz" olduğunu və bunun dəstəklədiyi qruplar vasitəsilə deyil, birbaşa Tehrandan gələcəyinə inandıqlarını bildiriblər.
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi
- Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?