Abşeron rayonu, Novxanı qəsəbəsində magistiral yolda qoyun otaran şəxs saxlanılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Elvin Cəfərov (ad-soyad-şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, polislər Elvinin Novxanı qəsəbəsində avtomobil yolunun üzərində qoyun otardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək irad bildiriblər. Həmin şəxs isə polislərə özü haqqında heç bir məlumat verməyəcəyini deyib və aqressiv hərəkətlər edib.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə günü spirtli içki qəbul etdiyini və əsəbi olduğunu vurğulayıb. Əməlindən peşman olduğunu deyib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbmüddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
- Fransa ilə yeni dövrə start verildi - XİN
- Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə
- Peskovun babası Bakıda güllələnibmiş
- Bələdiyyələrə subvensiya və subsidiya azaldıldı
- Prezident AMEA ilə bağlı bu iddianı ən azı ertələdi
- Rəsmi Bakı İrəvana doğru bir addım atdı - Solonnikov
- Moskva “Tramp yolu”ndan narahatdır
- Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov