Ermənistan 44 günlük müharibədə məğlubiyyətindən lazımi dərs aldı və indi sərhəddə, sözün əsl mənasında, qalalar tikir.
BUTA.TV xəbər verir ki, bunu aprelin 11-də parlamentdə hökumətin 5 illik (2021-2026-cı illər) 2023-cü il üzrə proqramının icrasına dair hesabatın müzakirəsi zamanı Milli Məclisin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan bildirib. Onun sözlərinə görə, hərbi-siyasi rəhbərlik müdafiəni intensiv şəkildə gücləndirir:
“Sərhədin perimetri boyunca, sözün əsl mənasında, qalalar tikilir. Onların sayı çox və Ermənistan sərhədinin bütün perimetri boyunca olacaq”.
Deputat bunu bir neçə min il əvvəl xarici düşmənlərdən qorunmaq üçün tikilmiş Böyük Çin səddi ilə müqayisə edib.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...