İtaliyalı güləşçi Frank ÇamisioBakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə güləşçi “La Repubblica” qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirib:
“Azərbaycanda ikiqat, üçqat mübarizə verməli olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm. Yanıma gəlib uduzmağım üçün 300 min dollar təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi.
Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm. Baş verənləri şəxsən mən yaşayıram, sadəcə döyüşə baxın. O qədər iyrənirəm ki, idman haqqında danışdığımı hiss etmirəm”.
Qeyd edək ki, Frank Çamizo Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...