Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib.
"Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir", - diplomatik missiyadan bildirilib.
Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.
- Vüsal Nəsirli məşhur generalın oğludur?
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Bu şəxslər yeni mənzillərlə təmin olunacaq
- "İdrak" valideynləri belə aldadıb: Vatsapa göndərilən mesaj
- Azərbaycanda bu 5 idarə ləğv edildi
- Yaşıllıqlar kəsildi: 25 min manatdan çox ziyan dəydi
- Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...
- 16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxundu