Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Pendikspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında "Başakşəhər" "İstanbulspor"u 2:0, "Antalyaspor" "Hatayspor"u 2:1, "Qaziantep" isə "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edib.
Hazırda turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Fənərbağça" 85 xalla ikinci, 55 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.
- Həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
- Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü
- Binədə iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb