Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Tüklə QPS” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin Təmiz Qaz QSC tərəfindən əvəzlənməsi ilə bağlı aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü
- Binədə iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video