Bu məsələdə də Azərbaycana udzuduq - Davtyan

13:08 - 22 Aprel 2024 - GÜNDƏM

 Bu məsələdə də Azərbaycana udzuduq - Davtyan

Ermənistan “Şimal-Cənub” meqaproqramından sıxışdırılır. Təəssüf ki, belə böyük layihədən kənarda qalacağıq.

BUTA.TV Globalinfo.az-a isitinadla xəbər verir ki, bunu erməni enerji təhlükəsizliyi üzrə ekspert, iqtisadçı Vahe Davtyan deyib.

İqtisadçı artıq bu məsələdə Moskva və Tehranın da fikrinin bəlli olduğunu deyib:

“İranın Energetika Nazirliyi İran-Azərbaycan-Rusiya elektrik dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu elan edib. Bu, tərəflərə elektrik enerjisinin geri axınını təmin etmək imkanı yaradır. Beləliklə Ermənistan “Şimal-Cənub” meqaproqramından kənarda qoyulur. Proses tamamilə Rusiya və İranın geoiqtisadi maraqlarına uyğun həyata keçirilir ki, onların da mövqeyi aydındır. Yəni biz bu məsələdə də Azərbaycana udzuduq.

Bu xəbər hal-hazırda çox oxunur
Şahin Şıxlinski ilə bağlı şok qərar

Nəzərə almaq lazımdır ki, regionun enerji-nəqliyyat arxitekturası artıq formalaşıb, onun əsasında bütün digər proqramlar dəstəklənir. “Orta dəhliz” buna əyani sübutdur. Ermənistanın enerjisinə və geoiqtisadi tərəqqiyə əhəmiyyətli töhfə verə biləcək yeganə layihə “Şimal-Cənub” elektrik ötürücü dəhlizdir. Lakin gördüyümüz kimi, biz faktiki olaraq oradan sıxışdırılırıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol