Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB

15:05 - 22 Aprel 2024 - HADİSƏ

 Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB

“AzəriMed” QSC İnzibati Xətalar Məcəlləsinin gömrül qaydaları əlehyinə olan maddəsini pozub. Tribunainfo.az xəbər verir ki, QSC İXN-nin 485.2-ci maddəsini pozduğuna görə cərimələnəcək. Belə ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “AzəriMed”in işinə 30 aprel tarixində Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. Bu şirkətin deputat Kamaləddin Qafarova aid olduğu bildirilir. K.Qafarov bir sıra firmalara sahibdir.

“Azeri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olduğunu təsdiq edən başqa fakt da var. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır. 6 noyabr 2020-ci ildə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib. Görünür, həmin vaxt ünvan da dəyişdirilib.

Dəyişikliyin 2020-ci ildə edilməsi təsadüfi deyil. Bu dəyişikliyə qədər növbədənkənar parlament seçkiləri keçirilib və Kəmaləddin Qafarov deputat mandatı qazanıb. Deputat olduqdan sonra onun sahibi olduğu şirkətlər, o cümlədən “Azeri Med” QSC diqqət mərkəzinə gəlib. QSC-nin 2020-ci ildə qalib gəldiyi tenderlərlə bağlı araşdırma yazılarında şirkətin Kəmaləddin Qafarova məxsus olması həm də yuxarıda qeyd etdiyimiz hüquqi ünvanla əsaslandırılıb. Bu da deputatı şirkətin hüquqi ünvanını dəyişməyə məcbur edə bilər. Çünki qanunvericilikdə deputatın biznes fəaliyyətilə məşğul olması yasaqdır.

Mediada yayılan məlumatlara görə, “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” şirkətləri də Kəmaləddin Qafarovun idarəçiliyindədir O, əvvəl MOM baş direktorunun müavini olub. Parlament üzvü olduqdan sonra da biznes əlaqələri inkişaf edib. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol