Gürcü Arzusu Partiyasının sədri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri, iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə, eləcə də regionda gedən proseslərə toxunulub.
Görüşdə regionda sülh və sabitliyin vacibliyi vurğulanıb.
F.Quliyev İrakli Qaribaşviliyə baş nazir olduğu müddətdə Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə görə təşəkkür edib.
Partiya sədri öz növbəsində Gürcüstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirib.
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video
- 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törətdi
- Gəncədə avtomobil təmiri sexində meyit tapıldı
- Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı