Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb. Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Qabil Sabir oğlu Zeynalovun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı KİA markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Sara Məhərrəm qızı Babayeva və 1992-ci il təvəllüdlü Rəxşəndə Elman qızı Babayeva xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı
- Bu verilişlər bağlandı, onlar cəzalandı: bəs sonra?
- Şamaxıda zəlzələ oldu
- Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi