Fransalı jurnalist Ermənistana buraxılmadı - Video

12:26 - 23 Aprel 2024 - GÜNDƏM

 Fransalı jurnalist Ermənistana buraxılmadı - Video

Ermənistan hakimiyyəti Fransanın erməni əsilli vətəndaşı, jurnalist Leo Nikolyanın ölkəyə girişini qadağan edib.

BUTA.TV xəbər verir ki, bununla bağlı “Nyus.am” məlumat yayıb.

Nikolyan İrəvandakı Zvarnots hava limanında aclıq aksiyasına başlayıb.

“Mən Ermənistanı tərk etməyəcəyəm, elə burada, Zvartnots hava limanının pasport yoxlama şöbəsində aclıq aksiyası keçirirəm. Qərar təqdim etmədən, əsassız olaraq vətənimə giriş qadağan edildi. Ola bilsin ki, Əskiparadakı hadisələri işıqlandırdığım üçündür. Əskiparada olmuşam”, - deyə Nikolyan videomüraciətində qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol