Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Tovuz rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
Eyni zamanda Cəmiyyətin vəzifəli şəxsi Eldəniz Dadaşov barəsində həmin məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib, vəzifəli şəxs müvafiq qərarla 3 min 500 manat məbləğində inzibati cərimə edilib.
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili