Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır.
BUTA.TV xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.
Sabiq səfir tərəflər arasındakı normallaşma prosesini müsbət hesab edir:
“Ölkələr bir-biri ilə vasitəçi olmadan birbaşa danışırlar. Bu, çox böyük addımdır. Rusiya sülhməramlıları da artıq Qarabağı tərk edir. Bu da çox müsbət hadisədir. Ümid edirik ki, bundan sonra tərəflərin daimi birbaşa təması üçün mexanizm də yaradılacaq”.
C.Şarp ölkəsinin COP29 çərçivəsində mühüm dəstəyini də qeyd edib: "COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”.
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video
- Qubadlının işğaldan azad olunmasından 5 il ötür
- Deputat qızından şok sözlər: Çöllərdə qalmışam... - Video
- Zahid Oruc: Ramiz Mehdiyev intihar etdi...
- Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir
- Azərbaycan BMT ilə mühüm sənəd imzaladı
- Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?
- Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi