Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvəti yerindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Bakıdakı tədbirə Vladimir Putin gəlməyəcək:
“Çünki əks halda Bakıdakı tədbirə Qərb ölkələrinin və beynəlxalq təşkilatın liderləri qatılmazdılar. Zelenskinin İlham Əliyevin dəvətini qəbul edərək ölkəmizə gəlişi Bakının ABŞ və Avropa Birliyinə növbəti mesajı olacaq ki, Azərbaycan Rusiya ilə tərəfdaşlığına baxmayaraq, əvvəlkitək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...