ABŞ-da Bakıya qarşı gündəmə gələn “sanksiya siyahısı”nın əsas səbəbi kimi Azərbaycanda insan haqları və s. göstərilsə də, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir. Təşəbbüsün müəllifinə və mahiyyətinə diqqət edəndə bu aydın görünür.
Birincisi, “Azərbaycanda sanksiyalara baxış aktı” adlanan sənədin müəllifi Dina Titus erməni lobbisinin ən aktiv üzvlərindəndir, Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytında onu tərənnüm edirlər;
İkincisi, Titus bu təşəbbüslə bağlı ötən həftə ANCA-nın qondarma “erməni soyqırımı” münasibətilə keçirdiyi mərasimdə danışıb və açıq şəkildə bildirib ki, “bu sənəd “artsax”da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır”;
Üçüncüsü, “sanksiya siyahısı”na 44 günlük müharibədə və antiterror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin daxil edilməsi bunu təsdiq edir, misal üçün, general Hikmət Mirzəyevin də adı bu siyahıdadır: erməni lobbisi ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir.
Sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir, xüsusilə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda, ABŞ-ın xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma “soyqırımı”nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar.
Burada ən vacib məqam Azərbaycanda erməni lobbisinin sırf erməni maraqlarının nəzərdə tutulduğu bu təşəbbüsünü alqışlayanların olmasıdır. Sual yaranır: bu təşəbbüsü alqışlayanlar “sanksiya siyahı”sı ilə tanış olublarmı, yoxsa oxumadan, mahiyyətinə varmadan dəstəkləyirlər?! Hər iki halda bu, erməni diasporu/lobbisinin əlinə oynamaqdır.
- Bu xəbərlərə də göz at
- İlham Əliyev və Rəisi açılışda iştirak edir
- Tağı Əhmədovun əlil arabasında son halı - Foto
- Rusiyanın bu şəhərində atışma baş verdi - Video
- Latviya parlamentinin sədri Füzuliyə getdi
- Rusiya səmasında bir gecədə 61 PUA və 9 ATACMS vuruldu
- Sumqayıtda qumbara tapıldı