“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləyən şəbəkə ötən gün Astarada ilk mağazasının açılışını etdi.
Açılışa gələn bütün Astara sakinləri musiqili, əyləncə proqramlı və hədiyyəli tədbirdən çox xoş təəssüratlarla ayrılıblar.
Əlavə olaraq, açılışa özəl olan endirim təkliflərini yerindəcə dəyərləndirənlər də olub. Endirimdən yararlananlar bildirir ki, mağazada bütün növ məhsulların nağda alışda 60%-dək endirimdə olması sözün əsl mənasında ələdüşməz fürsətdir.
Bununla kifayətlənməyən şəbəkə kredit alıcıları üçün də çox sadə şərtlər yaradıb. Belə ki, bu günlərdə Astara mağazasına baş çəkən hər kəs smartfon və notbukları 12 aylıq, smart saat, qulaqlıq və televizorları 18 aylıq müddətə ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərlə əldə edə biləcək.
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
Aprelin 28-dək davam edən fürsətlərdən:
AMOLED displeyli və 10 günədək işləmə müddəti olan Kieslect smart saatını indi 130 yox, 70 manat;
- 36 saatadək işləyə biləyən Blackview 4 smart qulaqlığını 50 yox, 20 manat;
- 256 Gb-lıq Samsung Galaxy A25 smartfonunu xüsusi təkliflə ayda 35 manat;
- 109 sm ekranlı və smart texnologiyalı Hoffmann televizorunu isə ayda sadəcə 30 manat ödəməklə əldə edə bilərsiniz.
Xülasə, əziz Astara camaatı, şəhərinizdəki ilk “Kontakt” mağazasında endirimlərin bitməsinə artıq sadəcə 4 gün qalıb. Saymaqla bitməyən açılış təkliflərini vaxtında dəyərləndirmək üçün 1 saylı məktəbin yaxınlığında yerləşən mağazaya tez gəlin!
Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok