2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Bu o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33.8 faiz çox icra olunub - həm neft-qaz, həm də qeyri-enerji sekorundan büdcəyə daxilolmalar proqnozlaşdırılandan daha çox olub:
"Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır. Qeyd edək ki, əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə sistemi haqqında” Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə də növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.
Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yendənqurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin prioritet olacağı istisna deyil”.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok