Ukraynanın 7 "Patriot"a ehtiyacı var: Almaniyadan ilk addım

00:08 - 25 Aprel 2024 - GÜNDƏM

 Ukraynanın 7

Ukrayna daha dörd xüsusi "Patriot" kompleksi almaq üçün danışıqlar aparır.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Kulebanın sözlərinə görə, böyük şəhərlərin əhalisini qorumaq üçün bu tipli tam yeddi hava hücumundan müdafiə sisteminə ehtiyac duyur:

"Artıq bir kompleks Almaniya tərəfindən verilib, daha dörd kompleks tapılıb və hazırda onların təhvil verilməsi ilə bağlı danışıqlar aparılır, daha ikisi göz qabağındadır".

Kuleba həmçinin qeyd edib ki, səkkizinci “Patriot” kompleksi birbaşa ABŞ-dan gələ bilər:

"Düşünürəm ki, ABŞ ordusunda yəqin ki, bir ehtiyat var".

Kuleba qeyd edib ki, bu sistemlərin ötürülməsi ilə bağlı danışıqlar mürəkkəbdir, çünki bu "Patriot"ları idarə edən ölkələr kompensasiya üçün sövdələşmə aparır.

“Şübhə etmirəm ki, əldə etdiyimiz irəliləyişləri nəzərə alsaq, "Patriot"lar gələcək və Almaniya ilk addımı atdığına görə təqdir edilməlidir”, - nazir vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol