Rusiya ABŞ-dan fərqli olaraq kütləvi qırğın silahlarının deyil, kosmosda istənilən silahın yerləşdirilməsinə qadağa qoyulmasını istəyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Biz təkcə kütləvi qırğın silahlarına deyil, kosmosda bütün silahlara qadağa qoyulmasını istəyirik, amma siz bunu istəmirsiniz: niyə? - Nebenzya ABŞ-ın daimi nümayəndəsinə müraciət edərək deyib.
“Biz hətta sabah da Kosmos Müqaviləsində artıq qadağan olunmuş kütləvi qırğın silahlarının deyil, kosmosda istənilən növ silahların yerləşdirilməsinə hərtərəfli qadağanı ehtiva edən beynəlxalq hüquqi qüvvəyə malik saziş bağlamağa hazırıq. Amma problem ondadır ki, hərbi kosmosun tədqiqi ilə fəal məşğul olan Qərb tərəfdaşlarımız buna hazır deyillər”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya bir müddət öncə BMT TŞ-də kosmosla bağlı təkliflərinə düzəliş edilmədiyi üçün qətnaməyə veto qoyub.
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı