“Qurbağa terapiyası” zobu müalicə edir? – Video

14:21 - 22 İyul 2026 - GÜNDƏM

 “Qurbağa terapiyası” zobu müalicə edir? – Video

“Zəhərli zob” xəstəliyi əksər hallarda diffuz toksik zob (Qreyvs xəstəliyi) və onun yaratdığı hipertireozdur. Bu xəstəliyin müalicəsində “qurbağa terapiyası”nın effektivliyini təsdiqləyən heç bir elmi sübut yoxdur.

Bu sözləri BUTA.TV-a açıqlamasında terapevt Turanə Kərimova zəhərli zobun müalicəsində “qurbağa terapiyası”nın elmi əsası barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu üsul beynəlxalq klinik tövsiyələrdə yer almır və müasir tibdə müalicə metodu kimi qəbul edilmir:

“Diffuz toksik zobun (Qreyvs xəstəliyinin) müalicəsi xəstənin vəziyyətindən asılı olaraq antitiroid dərmanlar, radioaktiv yod terapiyası və ya cərrahi üsulla aparılır. Elmi əsası olmayan üsullara etibar etmək düzgün diaqnozun və vaxtında müalicənin gecikməsinə, nəticədə isə ciddi fəsadların yaranmasına səbəb ola bilər”.

Bu xəbər hal-hazırda çox oxunur
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib

Qeyd edək ki, “qurbağa terapiyası” ilə müalicə sosial şəbəkələrdə reklam edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol