Laçın 1992-ci ilin mayında - Şuşanın işğalından 10 gün sonra işğal edilmişdir. Bu, Birinci Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biri idi, çünki bunun nəticəsində Ermənistan ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlaqəsi yarandı və bu, Ermənistandan bizim torpaqlara çox böyük həcmdə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. İkinci Qarabağ müharibəsi zamanı biz Laçın rayonunun cənub hissəsini azad etdik və bunun özü də mühüm hərbi qələbə idi. Lakin rayonun əksər hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib. Beləliklə, mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir.
Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk", - Prezident əlavə edib.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok