Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik regional təhlükəsizliyin vacib prioritetləridir. İkinci Qarabağ müharibəsinin nəticəsi bu məqsədə çatmaq üçün münasib imkanlar yaradıb.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Fatih Dönməz Zonquldaqda QDİƏT PA-nın İqtisadi Siyasət və İnkişaf Komitəsinin 62-ci iclasında deyib.
F.Dönməzin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmaması Cənubi Qafqazda sülh yolunda əsas maneədir.
Eyni zamanda, o, ABŞ, AB və bir sıra Qərb ölkələrinin Cənubi Qafqazdakı proseslərə münasibətini balanslaşdırılmamış və birtərəfli adlandırıb.
O bildirib ki, Ankara bundan sonra da bütün regionda, o cümlədən Yaxın Şərqdə və Ukraynada ziddiyyətlərin, münaqişələrin həllinə töhfə verməyə çalışacaq.
- Türkiyə millisi növbəti matçına çıxır - Start heyətlər
- Braziliya Haitini darmadağın etdi - Video - Yenilənib
- Hidayət Heydərov yenə çəki problemi yaşadı - Yarışdan kənarlaşdırıldı
- Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
- Bakıda küçənin ortasında kişini ürəyindən bıçaqlayıb öldürdülər
- Rezidenturaya qəbulda hansı yerlər boş qalıb?
- Məktəbə başlayan hər min şagirddən səkkizi necə yoxa çıxıb?
- Zelenskini ali ordendən məhrum etdi - Bunu səbəb göstərdi