Xalq artisti Flora Kərimova “İnternational Medical Centre” klinikası və Heydərova Sevinc Abisalam qızını yenidən məhkəməyə verib.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevral ayında başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilmişdi.
Qeyd edək ki, Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.
- Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video
- Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi
- Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!
- Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?
- Tərtər sakininin kartından 15,580 min manat oğurlandı
- Bakının Suriyada fəallaşması: Uğurlu fürsət... - Kaleci
- Tramp İlham Əliyevə məktub göndərdi
- İsrail və Türkiyə Azərbaycanda razılığa gəldi