Əməkdar artist Əkbər Əlizadənin dayanacaqlarla bağlı şikayətinə rəsmi cavab verilib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-a məlumat verilib. “Qeyd edilən ərazidə əməkdaşlarımız tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də hərəkətin tənzimlənməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilir. Dayanacaqda yer olmadığı üçün yarana biləcək sıxlıqların qarşısının alınması məqsədi ilə əlavə tədbirlər görülür”, - deyə məlumatda qeyd edilib.
21:00
Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib.
Oxu.Az xəbər verir ki, aktyor bu barədə “Instagram” səhifəsində paylaşım edib.
O, çalışdığı teatra yollandığını, amma maşınını saxlamağa yer olmadığını bildirib:
“Hörmətli qurumlar, məsələni həll edin. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Xaqani bağının (keçmiş “Molokan” bağı) yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulunda olum. Bildirdi ki, mənə necə göstəriş verilib, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Bu, teatrın digər əməkdaşlarının da üzləşdiyi bir problemdir. Dayanacağa hər saatda ödədiyimiz pul, maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb. Çünki teatra gələnlər maşın saxlamağa yer tapmırlar”.
Həmin görüntüləri təqdim edirik:
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir