Baş nazir sərəncam imzaladı

16:06 - 31 İyul 2026 - GÜNDƏM

 Baş nazir sərəncam imzaladı

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət qurumlarının vəzifələri müəyyən edilib.

BUTA.TV xəbər verir ki, bu vəzifələr Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, mərkəzi icra hakimiyyətinin aidiyyəti qurumları Prezidentin “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2026-cı il 15 iyul tarixli 1100 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə təkliflərini 2027-ci il iyulun 1-nə qədər hazırlayıb təqdim etməlidirlər.

Sərəncamda həmçinin vurğulanıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2027-ci ildən etibarən Milli Fəaliyyət Planının monitorinqini və qiymətləndirilməsini həyata keçirməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol