Bu il ixtisas seçimi qaydalarında müəyyən yeniliklər tətbiq olunacaq.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
"Yeniliklərdən biri odur ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas var idi. Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150–200 bal toplayan abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər", - DİM sədri bildirib.
Onun sözlərinə görə, II ixtisas qrupunda da dəyişiklik edilib:
"Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəldə təqdim olunacaq. Beləliklə, 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları əhəmiyyətli dərəcədə genişlənir".
O bildirib ki, III və IV ixtisas qruplarında dəyişiklik yoxdur.
"Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb və əlavə olunmayıb”, - DİM sədri bildirib.
DİM sədri həmçinin qeyd edib ki, bu yeniliklər 150–200 bal toplayan abituriyentlər üçün ixtisas seçimi baxımından müsbət imkanlar yaradır.
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
- Baş nazirdən əhalinin siyahıyaalınması ilə bağlı qərar
- Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi
- Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...