Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar

17:39 - 31 İyul 2026 - GÜNDƏM

 Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.

BUTA.TV” xəbər verir ki, “Altın-Balalıq” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir.

Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.

Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.



















Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol