DÇ-2030-dan imtina edə bilərlər

21:21 - 31 İyul 2026 - GÜNDƏM

 DÇ-2030-dan imtina edə bilərlər

İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etmək hüququndan imtina edə bilər.

BUTA.TV” xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.

Məlumata görə, İspaniya Krallığı Futbol Federasiyası və Portuqaliya Futbol Federasiyası UEFA-nın başlatdığı boykot qərarına dəstək verməyi planlaşdırır. Normal qrafikə əsasən, 2030-cu il dünya çempionatının əsas qarşılaşmaları İspaniya, Portuqaliya və Mərakeşdə, start matçları isə Argentina, Uruqvay və Paraqvayda keçirilməli idi.

Qeyd edək ki, gərginliyə səbəb FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının müəyyən payını özəl investorlara satmaq niyyətidir. İyulun 30-da UEFA FIFA-nın bu kommersiya layihəsinə etiraz olaraq qurumun turnirlərini boykot etdiyini bəyan edib. Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (KONKAKAF) boykot qərarına qoşulmasa da, FIFA-nın sözügedən kommersiya layihəsini kəskin pisləyib.

Bu xəbər hal-hazırda çox oxunur
Nigara görə həkimlərə bu cəza verildi

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Endi Bernem də Canni İnfantinonu istefa verməyə çağırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol