50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video

17:40 - 31 İyul 2026 - DÜNYA

 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video

11:07

40 minə yaxın mərakeşli miqrant İspaniyanın Seuta şəhərinə soxulub.

BUTA.TV xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat verib.

Məlumata görə, rezin qayıqlar vasitəsilə sahilə çıxan mərakeşli miqrantlar quru maneələrini yararaq, şəhərə daxil olublar.

Şəhərdə iğtişaşların başladığı, hətta bəzi miqrantların sakinlərin evlərinə soxulmağa cəhd etdikləri bildirilir.

İspaniya hökuməti şəhərə ordu və xüsusi təyinatlı qüvvələri cəlb edib. Baş nazir Pedro Sançes hökumətin vəziyyəti mümkün qədər tez nəzarət altına almaq üçün bütün lazımi resursları səfərbər etdiyini bildirib.

***

Seuta şəhərində miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində 19 nəfər həlak olub.

Məlumata görə, şəhərə soxulan 50 minə yaxın miqrant avtomobilləri yandırır, mağazaları qarət edir, şəhər küçələrində xaos yaradırlar.

Təhlükəsizlik qüvvələri şəhər sakinlərini küçələrə çıxmamağa çağırırlar.

Hazırda şəhərdə fövqəladə vəziyyət elan edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol