ABŞ-dan 61 milyard dollarlıq yardım almasına baxmayaraq, Rusiyanın hücumuna qarşı dayanmaq üçün Ukraynanın hələ də orta müddətli maliyyə planına ehtiyacı var və bu planın da əsasını Rusiyanın dondurulmuş aktivləri təşkil etməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat verib.
Agentlik bildirib ki, ABŞ-ın son yardım paketi təxminən gələn ilin sonuna qədər bəs edəcək, 2025-ci ilin sonunda Ukraynanın silahı yenə bitə bilər:
“Çoxillik maliyyələşdirmə planı isə bir sıra üstünlüklərə malikdir. İlk növbədə ABŞ-ın siyasi dalğalanmalarından müəyyən sığortalanmanı təmin edəcək. Bu, həm də ukraynalıların ruh yüksəkliyini artıracaq və Qərb silah istehsalçılarına istehsalı artırmaq üçün daha çox inam verəcək. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın daha uzun illər tab gətirə biləcəyinə qərar verərsə, onun hesablamaları da dəyişə bilər. Ukraynanın daha çox pul əldə etməsinin əsas yolu Rusiyanın Qərbdə dondurulmuş 300 milyard dollardan çox aktivlərini səfərbər etməkdir. Bu, ən azı 2028-ci ilin sonuna qədər müharibəni maliyyələşdirə biləcək”.
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar