Qərbin Putinə nifrəti sadəcə təsadüf deyil. Rusiya Prezidenti ənənəvi dəyərləri bərpa edən və dövlətin suverenliyini gücləndirən liderdir. Sovet İttifaqı dağılandan sonra dünyada liberalizmdən başqa ideologiyalar qalmadı. Bu ideologiyanın son addımı insanın hər hansı bir kollektiv məsuliyyətdən azad edilməsidir.
BUTA.TV xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində rus dünyasının ideoloqu Aleksandr Dugin deyib.
“Demokratiya dedikdə əvvəllər çoxluğun idarə etməsi nəzərdə tutulurdusa, indi azlığın idarə edilməsi nəzərdə tutulur. Bu, hazırda Qərb ölkələrində görünür. Qərbin əsas vəzifəsi ənənəvi dəyərləri, ailəni, dövlətləri, inancları məhv etməkdirsə, bu, rusofobiyanın əsaslarından biri ola bilər. Yəni bu, çətin ki, təsadüf olsun, burada daha dərin bir amil var. Rusiya siyasətində dönüş nöqtəsi Putinin ənənəvi dəyərlərin qorunması haqqında bir il əvvəl çıxardığı, xristianlığın və ənənəvi ailənin bərpasına yönəlmiş fərmanı oldu”, - o bildirib.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz