Baş nazir Nikol Paşinyan şərti sərhəddəki Kirants kəndinin sakinlərini Ermənistanı xilas etmək istəməməkdə ittiham edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Paşinyanın Tavuş sakinləri ilə görüşü aprelin 29-da baş tutub:
“Baş nazir Kirants sakinlərini müharibənin qarşısını almaq, bütün Ermənistanı xilas etmək üçün bir parça torpaq vermək istəmədiklərinə görə tənqid edib. O, vətəndaşları əmin edib ki, Azərbaycanla sərhədin delimitasiyası Ermənistanın müstəqilliyi və mövcudluğu naminə həyata keçirilir”.
Qeyd edək ki, söhbət “torpaq verməkdən” yox, Azərbaycanın 30 ildir işğal altında saxlanılan 8 kəndindən anklav olmayan 4-nün sülh yolu ilə geri qaytarılmasından gedir.
Erməni mediası isə bu prosesi qızışdıraraq, bunu “torpaq vermək” kimi qələmə verir. Çünki bu toplumun təsəvvürü belədir, işğal etdiklərini özlərininki sayır, yerləşdikləri ərazini “ulu Tiqranın mirası” adlandırır və həyasızcasına Azərbaycan torpaqlarının işğalını davam etdirməyə çalışırlar.
- Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video
- 1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video
- Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto
- İlham Əliyev Özbəkistana dəvət edildi
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
- Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
- Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
- Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi