Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BUTA.TV-a verilən məlumata görə, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq.
Qeyd olunub ki, 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15:00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15:00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq".
- Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
- Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...
- Xameneinin dəfninə görə 1 həftə vaxt verdi
- Bazarlarda 11-12 manata quzu əti... - Video
- Psixoloq: Nəzarət mütləqdir, ancaq etimad qorunmalıdır