Başqa bir dövlətin ərazisini öz dövlətinin ərazisi kimi təqdim etmək beynəlxalq hüquqa uyğun deyil. Amma bunu edən şəxs məsuliyyətə cəlb olunmalıdırmı, bu, başqa bir mövzudur.
Bu sözləri BUTA.TV-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistanda partiya sədrinin Azərbaycan ərazisini Ermənistan xəritəsinin tərkib hissəsi kimi təqdim və təbliğ edərək, təxribatçı fəaliyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi bu addımı cinayət əməli kimi tanımadığından “Demokratik birlik” adlı partiyanın sədri Suren Petrosyan da cəzasız qalır.
F.Mehdiyev bildirib ki, o, yalnız müharibə çağırışı edəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə bilər:
“O ki qaldı Azərbaycanın bununla bağlı hansısa addım atmasına, hesab edirəm ki, bizim XİN bundan dolayı narahatlıqlarını bildirə bilər. Partiya sədri müharibəyə çağırış edirsə, Ermənistan hüquq-mühafizə orqanları onu cinayət məsuliyyətinə cəlb etməlidir. Əgər etməsələr, onda danışıqlar masasında Azərbaycan tərəfi buna diqqət çəkə bilər”.
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı
- Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video
- Kredit götürənlərin nəzərinə: Faizlər artdı - VİDEO
- “Kontakt Home” 60% endirimi necə edə bilir?
- Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı, özünü binadan atdı
- İsa Həbibbəylinin istefa xəbəri yayıldı
- Səfirliyimizə terror hücumundan üç il ötür
- AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb