Rus ordusunun “stratagema”sı: Makron bundan qorxur

09:02 - 5 May 2024 - SİYASƏT

 Rus ordusunun “stratagema”sı: Makron bundan qorxur

2022-ci ilin payızında Rusiya ordusu əsgər və texnika sayına görə 2-3 dəfə az olduğundan, Ukrayna ordusu hücuma keçmişdi. Çünki Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə xeyli texnika verirdi. Bu da Ukraynanın üstünlüyünə səbəb olurdu. İndi isə rus ordusu irəliləyir.

Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Sergey Markov Ukrayna-Rusiya müharibəsində hazırkı durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun həyata keçirdiyi uğurlu taktika onun üstünlüyü ilə nəticələnə bilər:

“Ukrayna Silahlı Qüvvələri ilə Rusiya ordusunun taktikası bir-birindən köklü şəkildə fərqlənir. Ukrayna ordusu 3-4 hücum istiqaməti təyin edib. Amerikalılar Ukrayna Silahlı Qüvvələrinə 2-3 yox, bir istiqamətdə, Zaparojyedə cəmləşməyi təklif ediblər. Rusiya ordusu isə fərqli hərəkət edir. Onların 2-3 istiqaməti yoxdur. Rus ordusunun istifadə etdiyi taktika “Çin stratagema”sında min kiçik zərbə kimi təsvir edilib. Beləliklə, Rusiya ordusu eyni vaxtda onlarla istiqamətdə hücum həyata keçirir. Ancaq bunlar çox kiçik hücumlardır. Bu hücumlar sayəsində Ukrayna ordusu zəif düşür. Bu cür taktikaların - min bir kiçik kəsiyin nəticəsində Ukraynanın müdafiəsi cəbhənin bir neçə hissəsinə dağıldıqda, cəbhədə keyfiyyət dəyişikliyi baş verəcək. Rus ordusu isə artıq uğur qazandığı yerə daha sərt zərbələr endirə bilir. Amma onlarla istiqamətin hansında müdafiənin çökəcəyini heç kim proqnozlaşdıra bilməz. Bu, təsadüfi amillərdən də asılıdır. Lakin bu cür taktikaların uğur qazanma ehtimalı hərbi analitiklər tərəfindən çox yüksək qiymətləndirilir. Həmçinin, Ukrayna ordusunun əsas problemi əsgər sayının azlığıdır. Rus ordusunda isə əsgər çoxdur”.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Markov qeyd edir ki, Qərb ölkələri Ukraynanın qazanması üçün bəzi taktika müəyyən edib, lakin bunun işə yarayacağından tam əmin deyillər:

“Qərb ölkələri cəbhənin dağılacağından qorxur. Buna görə Fransa Prezidenti Makron NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi barədə düşünmək ideyasını ortaya atıb. Lakin Makron Fransa ordusunun cəbhəyə göndərilməsini təklif etmir. O təklif edir ki, Fransa ordusu şimalda, Belarusla sərhəddə dayansın və bununla da Ukrayna Silahlı Qüvvələrinə bura topladığı qüvvələri həmin sərhəddən cəbhəyə köçürməyə imkan yaratsın. Yaxud, minalardan təmizləmə kimi müəyyən işlərdə, mühafizədə Ukrayna əsgərlərini əvəz etsin. Makron NATO qoşunlarının Ukraynanın Sağ sahilinə, Dnepr çayı istiqamətinə göndərilməsini təklif edir. Beləliklə, Rusiyaya Dneprdən keçə bilməyəcəyinə dair siqnal verirlər. Çünki bu halda NATO ordusu ilə hərbi toqquşmalara girməli olacaq. Lakin əmin deyillər ki, bununla Rusiyanı dayandıra biləcəklər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol