2019-cu ildə Minsk qrupunun həmsədrləri Nikol Paşinyan hökumətinə Kəlbəcər və Laçının Ermənistanın tərkibində saxlanılması ilə sülhün əldə edilməsini təklif etdi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasətçi Levon Zurabyan deyib.
Siyasətçinin sözlərinə görə, Paşinyan 5 il əvvəl həmsədrlərin bütün təkliflərini rədd edib:
“Bu sülh sazişində Qarabağın statusunun həlli məsələsinin gələcək nəsillərə saxlanılması, orada uzunmüddətli şəkildə sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin Nikol Paşinyan bunu qəbul etmədi. Həmçinin belə bir təklifin olduğunu xalqa açıqlamadı. 2020-ci ildə Qafanda keçirdiyi o məşhur mətbuat konfransında masada müzakirə üçün heç bir sənədin olmadığını dedi”.
“Biz 44 günlük müharibəyə hazır deyildik, indi də hazır deyilik. Baş nazir əvvəlcə Qərbin nizamlamasının qəbul ediləcəyini dedi, buna görə Rusiyanın nizamlamasına keçməkdən imtina etdi. Lakin o qərar da uğursuz oldu. Onun bütün hesablamaları fiasko ilə nəticələndi. Bu gün biz çox çətin vəziyyətdəyik. Cənubi Qafqazdakı məsələləri Azərbaycan və Türkiyə həll edir”, – Zurabyan bildirib.
- “AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə - Cavab
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi