Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu gün Fəxri Xiyabanı ziyarəti zamanı geyimi diqqət çəkib.
Demokrat xəbər verir ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyidir. Bu münasibətlə Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.
Ziyarətçilər sırasında yer alan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirə qalstuksuz geyimdə qatılıb. Nazirin bahalı brend olan “Stefano Ricci”dən geyimi ətrafdakı insanların da diqqətini çəkib.
“Stefano Ricci”-nin rəsmi internet saytında isə Azərbaycanlı nazirin geyindiyi “Stefano Ricci – Polo” modelinin qiyməti 1450 avro (2660 AZN) təşkil edir.
Qeyd edək ki, Bakıda ən bahalı geyim mağazalarından hesab olunan “Stefano Ricci”dən geyinən məmurlar arasında Sahil Babayev tək deyil. Buna qədər də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov və məşhur iş adamı olan qardaşı hacı İbrahim Nehrəmli sözügedən brendə müraciət ediblər.
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video
- Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq - Əmirbəyov